Uşaqlar günündə “Onun ürəyi” təqdim olunacaq

usaqlar-gununde-onun-ureyi-teqdim-olunacaq
Oxunma sayı: 667

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, saat 19.00-da, Teatr Xadimləri İttifaqının Tamaşa zalında “Onun ürəyi” bədii-musiqili filminin yaradıcı heyəti uşaqlarla görüşəcək. Kinomuzda uzun illər müraciət olunmayan müzikl janrında çəkilən filmə Samir Kərimoğlu quruluş verib, Vüqar Camalzadə musiqi bəstələyib, operator Nadir Mehdiyev onu lentə alıb. Kompüter qrafikasından bolluca istifadə olunan nağıl filmində baş rolları Murad Abdullayev, Aysel İbrahimova və Aygün Rəhimova ifa ediblər.

Tədbir təkcə filmin nümayişi ilə məhdudlaşmayacaq, təşkilatçılar uşaqlar üçün bir neçə sürpriz də hazırlayıblar.

Nigar Məmmədli