Uşaqlar icra hakimiyyətinin hesabına kef ediblər - Fotolar

usaqlar-icra-hakimiyyetinin-hesabina-kef-edibler-fotolar
Oxunma sayı: 695

“Qafqazinfo”nun məlumatına görə, ilk növbədə, rayon ərazisində yerləşən teatr, muzey, sərgi salonları və digər mədəniyyət ocaqlarına aztəminatlı ailələrdən olan uşaqların pulsuz aparılmasının təşkili üçün razılaşma əldə olunub. Səbail RİH tərəfindən hazırlanan “Abad həyət” layihəsi çərçivəsində təkcə Badamdar qəsəbəsində əsaslı təmir olunan 11 həyətdə yaradılmış mini futbol və voleybol meydançaları, əyləncə qurğularından da istirahət günlərində geniş istifadə olunacaq. Həmçinin, Dənizkənarı Milli Bulvardakı «Park Bulvar» Ticarət və İstirahət Mərkəzindəki «Park Sinema» kinoteatrında təhsildə fərqlənən məktəblilər, aztəminatlı ailələrin övladları, həmçinin uşaq evlərində tərbiyə alan 200 nəfər uşaq üçün mütəmadi olaraq pulsuz 3 D həcmli uşaq filmlərinin nümayiş etdirilməsi təşkil olunub. «Park Bulvar» Ticarət və İstirahət Mərkəzindəki «Park Sinema» kinoteatrında ilk belə tədbir artıq keçirilib. Tədbirdə çıxış edən Səbail RİH-nin birinci müavini Xalidə Bayramova bu kimi tədbirlərin tez-tez keçiriləcəyini bildirib, cari ilin avqust ayında ənənəvi olaraq Quba rayonundakı Bakı Türk Liseyinin Quba filialının ərazisində Səbail rayon və Quba rayon İcra Hakimiyyətləri və DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi olan hərbi təmayüllü «Şahinlər» istirahət düşərgəsi yaradılacaq. Düşərgədə 170 nəfər yeniyetmə istirahət edəcək.

Səidə