Uşaqlar liftdə qaldı

usaqlar-liftde-qaldi
Oxunma sayı: 1062

Bakıda iki azyaşlı köməksiz vəziyyətdə liftdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, FHN-in məlumatına görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıların liftdən çıxmasına kömək ediblər.