Uşaqlar niyə öldürülür- Video

usaqlar-niye-oldurulur-video
Oxunma sayı: 657

Son zamanlar uşaq qətllərinin sayı durmadan artır. Özü də acınacaqlı məqam burasındadır ki, günahsız azyaşlıların qatilləri elə onların yaxınları, doğmalarıdır. Kürdəmir rayonunda qeyri-rəsmi nikahda olduğu xanımın 3 yaşlı övladını vəhşicəsinə döyərək öldürən atalığı, 31 yaşlı Qeyrət Həsrət oğlu kimi. Azyaşlı qanuni münasibətdə olmayan cütlüyün aralarındakı münaqişənin qurbanına çevrilib.

“Qafqazinfo” ANSpress-ə istinadən xəbər verir ki, daha bir uşaq ölümü faktı isə bir müddət əvvəl Cəlilabadda baş vermişdi. Yeznə iki azyaşlının başını kəsərək qətlə yetirmiş, bu azmış kimi onların gənc anasının qanına da əlini bulamışdı. Özü də azyaşlı oğul atası olan qatil etdiyi əməldən heç də peşmançılıq çəkmədiyini dilə gətirmişdi. Uşaqlara belə biganə, laqeyd münasibət bəslənildiyini deyən paytaxt sakinləri hətta qətli törədənlərə nə ad verə biləcəkələrini də bilmədilər.

Uşaq hüquqları üzrə QHT sədri Nazir Quliyevin sözlərinə görə, uşaq ölümlərinə səbəb onu törədənlərin psixoloji problem yaşamasıdır. Xüsusilə də qeyri-rəsmi nikahlarda yaşanan bu xoşagəlməz hallar aidiyatı qurumlara əvvəlcədən xəbər verilmədikdə daha da acınacaqlı vəziyyət alır.

Hər halda səbəb nə olursa-olsun, ağ kağız tək ləkəsiz və günahsız körpələrin canına qıymaq insanlıqdan deyil.