Uşaqlar üçün 2 milyon ayırdılar - Fotolar

usaqlar-ucun-2-milyon-ayirdilar
Oxunma sayı: 2309

Hollivudun məşhur cütlüyü Bleyk Layvli və Rayan Reynolds ABŞ-Meksika sərhədindəki köçkün uşaqlar üçün 2 milyon dollar ayırıb. 

“Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə “NAACP Legal Defense and Education Fund” və “Young Center” təşkilatları məlumat yayıb. 

“Biz sadəcə ədalət və demokratiya üçün deyil, eyni zamanda insanlıq üçün yardım etmişik. Keçən il həyata baxışımız dəyişdi, böyüdük. Düşündük ki, yardıma möhtac olanlara yardım göstərməliyik. Tarix indi yazılır. Bir çox insanlara müraciət etmişik. Onlardan da müsbət cavab almışıq”- deyə cütlük açıqlama verib.