Uşaqlar üçün pulsuz gəzinti

usaqlar-ucun-pulsuz-gezinti
Oxunma sayı: 660

Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, aksiya həmişəki kimi saat 9:00-dan 12:00-a qədər olacaq və yaşı 15-ə qədər olan uşaqları əhatə edəcək. N.Məcidov sabah ilk dəfə olaraq uşaqlar pulsuz gəmi gəzintisində də iştirak edə biləcəyini qeyd edib.

Qeyd edək ki, bu aksiya ilk dəfə iyunun 1-də, Beynəlxalq Uşaq Hüquqlarının müdafiəsi günündə keçirilib. Aksiya zamanı valideynlər və balaca uşaqlar arasında xoşagəlməz hallar yaşanıb, nizamsız növbələr yaranıb. Eyni atraksiondan bir uşaq bir neçə dəfə istifadə etdiyindən bir çoxları kənarda qalıb.

İkinci dəfə isə aksiya iyunun 20-də keçirilib. Bu dəfə növbə və qarışıqlığın qarşısını almaq üçün uşaqlara atraksiondan istifadə haqqı verən biletlər paylanılıb.