Uşaqlar üçün xüsusi telefon hazırlandı - Ən çox valideynlər sevinəcək

Uşaqlar üçün xüsusi telefon hazırlandı
Oxunma sayı: 1894

“Barselona”da davam edən texnologiya sərgisində uşaqlar üçün xüsusi hazırlanmış telefon təqdim edilib.

“Qafqazinfo” webtekno.com-a istinadən xəbər verir ki, “PhoneKid” adlı telefon İspaniyanın “EscudoWeb” adlı şirkəti tərəfindən istehsal edilib.

“Android” əməliyyat sistemi ilə təchiz edilən telefonda uşaqları zərərli proqramlar qorumaq üçün xüsusi nəzarət platforması quraşdırılıb.

Valideynlərin öz telefonları vasitəsilə övladının “PhoneKid” telefonunda apardığı əməliyyatlara baxmaq imkanı olacaq. Bundan başqa, valideyn telefonun menyusunu da öz istəyinə görə tərtib edə biləcək.

Daha bir özəllik isə uşağın harada olduğunu öyrənməklə bağlıdır. Belə ki, valideyn öz telefonu vasitəsilə övladının telefonunda GPS-i aktiv edərək onun harada olduğunu hər saniyə izləyə biləcək. Uşaq GPS-i söndürmək istəsə belə, bu mümkün olmayacaq.

Telefonun qiyməti hələlik məlum deyil.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi