Uşaqlar üçün “Yeni il”

usaqlar-ucun-yeni-il-
Oxunma sayı: 659

Sarayın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şənlikdə respublikanın tanınmış rəqs kollektivləri və estrada ulduzları iştirak edəcəklər. “Renessans” rəqs teatrı, “Asiman” rəqs qrupu, uşaq muğam və aşıq ifaçıları öz yeni rəqsləri, musiqiləri ilə uşaqları sevindirəcəklər. Proqramın musiqili qonaqları xalq artisti Faiq Ağayev və əməkdar artist Tünzalə Ağayeva olacaq.

Sarayın səhnəsində böyük şam ağacı quraşdırılacaq. Respublikanın ən maraqlı “Yeni il” şənliyində Şaxta baba və Qar qız da uşaqları təbrik edənlərin sırasında olacaqlar.

Bundan əlavə, “Yeni il” şənliyinin iştirakçılarını maraqlı sürprizlər gözləyir.

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək “Yeni il” şənliyi saat 13.00-da başlayacaq. Biletlərin qiyməti 5 manatdan -10 manata qədərdir. Biletlər artıq satışdadır.

Nigar Məmmədli