Uşaqları yeni il şənliyi ilə sevindirin

usaqlari-yeni-il-senliyi-ile-sevindirin
Oxunma sayı: 770

Saraydan “Qafqazinfo”ya verilən məlumata görə, uşaqların marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, muğamvə aşıq ifaları, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlər gözlənilir. Bundan əlavə, bir sıra estrada ulduzlarının çıxışları nəzərdə tutulub.

Bununla yanaşı, Sarayda led ekranlarda uşaqlar üçün konsert başlamazdan öncə darıxmasınlar deyə ekranda yüksək keyfiyyətdə Yeni ilə aid cizgi filmlərinə baxa biləcəklər.

Həmçinin Sarayın foyesində Şaxta baba və Qar qız olacaq ki, bununla da uşaqlar Yeni ilin personajları tərəfindən qarşılanacaqlar.
Şənlikdə bütün konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şou da təşkil olunacaq.

Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək Yeni il şənliyində ən hündür səhnə şam ağacı quraşdırılacaq. Əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar şaxta baba, qar qız və digər nağıl qəhrəmanları ilə birgə əylənəcəklər.

Hazırda yeni il şənliyinin məşqləri gedir. Biletlərin qiyməti 5-15 manat arasında dəyişir.