Uşaqların başla oynamasına qadağa qoyula bilər - UEFA-dan qəribə qərar

usaqlarin-basla-oynamasina-qadaga-qoyula-biler
Oxunma sayı: 1576

UEFA aşağı yaş qruplarında başla oynamağı qadağan edə bilər.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, qurumun prezidenti Aleksandr Çeferin bu barədə danışıb.

Onun gözlərinə görə, başla topa zərbənin uşaqların sonrakı inkişafına mənfi təsiri sübuta yetiriləcəyi təqdirdə buna qadağa qoyulacaq:

“Biz bu məsələni diqqətlə araşdırmalıyıq. Araşdırma başla oynamağın uşaqlara zərərini aydın göstərsə, problemə ciddi yanaşmaq lazım gələcək. Boks və MMA kimi növlərə baxanda insan gördüklərindən qorxur. Belə problemlər bir sıra növlərdə, o cümlədən futbolda da var. Tədqiqat nəticələrini səbirsizliklə gözləyəcəm”, - deyə Çeferin bildirib.

Qeyd edək ki, 2016-cı ildə ABŞ-da 11 yaşdan aşağı uşaqların topa başla zərbə endirməsi qadağan edilmişdi. İngiltərədə isə bu məsələ sonuncu dəfə 2017-ci ilin noyabrında olmaqla bir neçə dəfə gündəmə gəlib.