Uşaqlarla bağlı xeyriyyə aksiyası keçirilir - Foto

usaqlarla-bagli-xeyriyye-aksiyasi-kecirilir
Oxunma sayı: 991

ATU-nun Tədris Cərrahiyyə Klinikası və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Qadınlar Şurası ilə birgə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Novruz bayramı ərəfəsində uşaqların sağlamlıqlarının qorunması məqsədilə xeyriyyə aksiyasına start verilib.

“Qafqazinfo” xəbər verir ki, aksiya çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat məktəbinin şagirdlərinin müayinəsi aparılıb.

Müayinədən keçən uşaqlardan qan analizi alınıb, ehtiyacı olan uşaqlar USM müayinəsindən keçib, fəqərələri yoxlanılıb, qasıqları, daxili orqanları ətraflı müayinə olunub. Həmçinin sünnət xeyriyyə aksiyası keçirilib.

Müayinə nəticəsində aşkar olunmuş xəstəliklərin müalicəsi aparılacaq.

Aksiyada ATU-nun Tədris Cərrahiyyə Klinikasının xeyriyyə kampaniyasında uşaq cərrahiyyəsi kafedrasının müdiri, professor, baş həkim Ramiz Poluxov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini İradə Mahmudova, Uşaq cərrahiyyəsi şöbəsinin müdiri Murad Əlibəyov, Günay Hüseynzadə, Xatirə Rəhimova, Ramin Bayramov, Vüqar Məhəmmədov, UZİ həkimi Vəfa Nəcəfova, nevropatoloq Yeganə Rəşidova iştirak ediblər.