Usta yıxıldı, mişar özünü doğradı

usta-yixildi-misar-ozunu-dogradi
Oxunma sayı: 3076

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonunu Hacıuşağı kəndində baş verib.

Kənd sakini 1970-ci il təvəllüdlü Cavadov İmaməddin Mayıl oğlu qonşunun evində usta kimi elektrik mişarı ilə döşəmə üçün nəzərdə tutulan taxtaları yonan zaman yıxılıb. Elektrik mişarı zirzəmiyə düşən ustanın döş qəfəsini, qollarını və qarın nahiyəsini doğrayıb. Çoxlu qan itirən iki uşaq atası İ. Cavadov Ağsu rayon Mərkəzi Xəstəsinə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.