Üstündən narkotika çıxdı, saxlanıldı

ustunden-narkotika-cixdi-saxlanildi
Oxunma sayı: 955

Aprelin 28-də üzərində narkotik vasitə olan Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Emin Bagəliyev saxlanılıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə, ondan 98,152 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı onun narkotik vasitəni Cəlilabad rayonunun Xanəgah kəndində yaşayan Elnur Quliyevdən aldığı müəyyən edilib. Həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb və üzərindən 5,343 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Murad Əhməd