Utrextdə tramvayda cinayət törədən şəxs yaxalandı

utrextde-tramvayda-cinayet-toreden-sexs-yaxalandi
Oxunma sayı: 993

Hollandiya polisi Utrextdə tramvayda baş verən insidentlə bağlı açıqlama yayıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, silahlı hücum nəticəsində 3 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilib.

Hadisəni törədən 37 yaşlı Gökmən Tanış isə yaxalanıb.

Hollandiya Ədliyyə və təhlüksəzilik naziri Qrapperhaus bildirib ki, insidentin əsl səbəbi hələlik məlum deyil:

“Tək nəfərlik hücum olduğunu düşünürük. Amma araşdırmanın nəticəsinin nə olacağını indidən demək çətindir. Hər kəsi diqqətli və təmkinli olmağa çağırıram”.

Qeyd edək ki, hadisədən sonra verilən ilkin açıqlamada 3 nəfərin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilirdi.