“Üzdə olmaq istəmir” - Brilliant oğluyla

uzde-olmaq-istemir
Oxunma sayı: 3018

Xəbər verdiyimiz kimi, ötən gün “Bəxt üzüyü 2” filminin təqdimatı baş tutub.  Gecədə şou-biznesin tanınmış simaları da iştirak edib. Premyeraya  Brilliant Dadaşova oğlu Cahad Hacıyevlə birgə gəlib.  

Xalq artisti “Qafqazinfo”ya açıqlama verərək oğluyla uzun müddət sonra tədbirə qatıldığını bildirib: 

“Bakıda yox idi, yeni gəlib. Adətən mənimlə birgə tədbirlərə gəlmir. Deyir ki, yanında olmayanda küsəcəksən, olanda isə şəklimi çəkəcəklər. Kompleksi yoxdur, sadəcə olaraq xarakteri belədir, üzdə olmaq istəmir. Səhnə adamı deyil, ona görə xoşlamır. Bundan başqa, bizim məşhurların övladları tanınmaq istəyirlər”.

B. Dadaşova Aygün Kazımova ilə barışması barədə yayılan xəbərlərə də münasibət bildirib:

“Bu xəbərləri kim necə istəyirsə, yayır. Elə insanlar var ki, istəyirəm ətrafımda olsun. Elələri də var ki, mənim yaxınıma olmağını istəmirəm. Bura küsülülük və barışıq məsələsi aid deyil. Sadəcə olaraq belə istəyirəm”.