Üzərində “Metadon” həbi gəzdirən qadın saxlanılıb

uzerinde-metadon-hebi-gezdiren-qadin-saxlanilib
Oxunma sayı: 1447

Bakıda qadının üzərində 305 ədəd “Metadon” aşkarlanıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində Lənkəran rayon sakini Z.Abdullayeva saxlanılıb. Ondan güclü təsiredici xüsusiyyətə malik 305 ədəd metadon həbləri aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.