Üzərində mobil telefon olan şagirdər imtahandan xaric olunub

uzerinde-mobil-telefon-olan-sagirder-imtahandan-xaric-olunub
Oxunma sayı: 647

TQDK-dan “Qafqazinfo”ya verilən məlumata görə, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, şagirdlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşmış, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıb.

İlkin məlumatlara əsasən müxtəlif binalarda 13 şagirdin üzərində mobil telefon aşkarlanmış və onlar imtahandan xaric edilərək nəticələri ləğv edilib.