Üzərində tapança gəzdirən Sumqayıt sakini həbs edildi - Foto

uzerinde-tapanca-gezdiren-sumqayit-sakini-hebs-edildi
Oxunma sayı: 4382

Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.

"Qafqazinfo" xəbər verir ki, əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə məhkum olunmuş Sumqayıt şəhər sakini Həsənağa Mirzəyev saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Çexiya istehsalı olan “Ceska-Zbrojovka” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 5-ci Polis Bölməsində H. Mirzəyev barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib