Üzərinə köşk aşan qadın öldü - Foto

uzerine-kosk-asan-qadin-oldu
Oxunma sayı: 2474

Gəncədə qadın dəmir köşkün altında qalaraq ölüb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin Qəmərli küçəsində qeydə alınıb. Mişar daşlarının üzərinə qoyulan dəmir konstruksiyalı köşk şəhər sakini 1973-cü il təvəllüdlü Qəhrəmanova Aytəkin Həmdəm qızının üzərinə aşıb. Bədən xəsarətləri alan qadına yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli