Üzeyir bu dəfə “Georgia Got Talent”da - Video

uzeyir-bu-defe-georgia-got-talentda
Oxunma sayı: 2815

ABŞ-da azərbaycanlı Çarli Çaplin kimi tanınan sirk ustası, Ginnesin Rekordlar Kitabına düşən Üzeyir Novruzov bu dəfə “Georgia Got Talent” müsabiqəsinə qatılıb. 

“Qafqazinfo” xəbər verir ki, Novruzov gürcüstanın ən reytinqli şousunda maraqlı bir səhnə hazırlayıb.  Onun akrobatik hərəkətləri münsif və tamaşaçılar tərəfindən bəyənilib. Üzeyir növbəti tura vəsiqə qazana bilib. 

Xatırladaq ki, ABŞ və Azərbaycan auditoriyasına America's Got Talent şousuna qatılmaqla təqdim olunan Üzeyir Novruzov göstərdiyi təhlükəli nömrələrlə qısa vaxt ərzində tanınmağa başlamışdı.

Müsabiqənin yarımfinalında hündür nərdivanın üzərində nömrə göstərmək istəyərkən yıxılmasına baxmayaraq o, izləyicilərin verdiyi səslər sayəsində America's Got Talent şousunun finalına çıxa bilmişdi.