“Qafqazinfo” xəbər verir ki, Üzeyir Cəfərov atası Eldar Cəfərovun vəfatı barədə sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
“Fevralın 27-si mənim taleyimə qara hərflərlə yazıldı, əziz dostlarım. Mənimlə əzab-əziyyət çəkən, mənə həyat bəxş edən sevimli atamı, Eldar kişini bir neçə dəqiqə əvvəl itirdim. Yola çıxıram. Allah səbr versin!!!”