Üzeyir Məmmədlinin toyundan- - Fotolar

uzeyir-memmedlinin-toyundan-
Oxunma sayı: 2561


“Qafqazinfo”nun məlumatına görə, o, “Nida” Vətəndaş Hərəkatının üzvü Aygün Pəncəliyeva ilə ailə həyatı qurur. Bakıdakı şadlıq evlərindən birində baş tutan toy mərasimində Müsavat başqanı Arif Hacılı, eks-başqan, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli kimi siyasətçilər, ictimai fəallar və digərləri iştirak edirlər. 

Xatırladaq ki, 2012-ci ildə həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilən Üzeyir Məmmədli ötən il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

“Qafqazinfo”