Üzüm çardağından yıxılıb öldü

uzum-cardagindan-yixilib-oldu
Oxunma sayı: 1179

Çardaqdan yıxılan Hacıqabul sakini xəstəxananın reanimasiya şöbəsində ölüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, ötən gün üzüm çardağından yıxılaraq ağır kəllə-beyin travması alan Hacıqabul rayon sakini, 1979-cu il təvəllüdlü Xancanov Səbuhi Həsənağa oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində keçinib.
 
Qeyd edək ki, noyabrın 2-də  S.Xancanov üzüm çardağından yıxılaraq ağır kəllə-beyin travması alıb. Şirvan şəhər Xəstəxanasına yerləşdirilən rayon sakini Bakıdan çağırılan neyrocərrah tərəfindən əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.