“Uzun ömür Allahın mənə verdiyi cəzadır” - 129 yaşlı Koku

uzun-omur-allahin-mene-verdiyi-cezadir
Oxunma sayı: 2471

 “Dünyanın ən yaşlı insanı” adını daşıyan 129 yaşlı Koku İstambulova uzun ömrün Allah tərəfindən verilən cəza olduğunu düşünür. Ömrü boyu bir gün belə üzünün gülmədiyini deyən ahıl qadın çox yaşamasına hər hansı bir məna verə bilmədiyini deyib.

“Qafqazinfo” xəbər verir ki, Rusiyada yaşayan Koku “Dünyada heç vaxt xoş günüm olmadı. Bir gün belə olsun, üzüm gülmədi. Həmişə çox işləmişəm və yorğunam. Uzun ömür tanrının mənə ərməğanı deyil, cəzasıdır” deyir.

İstambulova Sovet İttifaqı inqilabı zamanı 28, İkinci dünya müharibəsi zamanı 56, Sovet İttifaqı çökəndə isə 103 yaşında olub. Müharibədən sonra almanlarla işbirliyində ittiham olunan Koku Stalin tərəfindən Qazaxıstan və Sibirə sürgün edilib.

Çox yaşamasının sirri ilə bağlı suala İstambulova bu cavabı verir: “İdman edən, xüsusi qidalanan və özünə qulluq edən insanları görürəm. Amma bu günədək niyə çox yaşamağımla bağlı hər hansı fikrim yoxdur”.

Ailə həyatında bir çox faciə ilə qarşılaşan Koku bunlardan danışmaq istəməyib. O, övladlarından bir neçəsinin ölümünü gördüyü üçün özünü ən bədbəxt insan hesab edir.