“Uzunmüddətli atəşkəsə nail olunacağına əminik” - - Lavrov

uzunmuddetli-ateskese-nail-olunacagina-eminik-
Oxunma sayı: 681


Anspress-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskvada Fələstinin İsraillə danışıqlardakı nümayəndəsi Saeb Ərəkatla görüşündə deyib. 

Rusiyalı nazir Qəzza zolağındakı vəziyyətin Moskvanı çox narahat etdiyini bildirib. “Danışıqlar hələ davam edir və uzunmüddətli atəşkəsə nail olunacağına əminik” - deyə, Serqey Lavrov qeyd edib. 

Rusiyalı nazir həmçinin vurğulayıb ki, Qəzza zolağında atəşkəsin əldə edilməsi ümumilikdə Fələstin-İsrail münaqişəsinin də həlli üçün yaxşı zəmin yarada bilər və Rusiya bunun üçün təşəbbüs göstərəcək.