Üzünü gizlətdilər... - Fotolar

uzunu-gizletdiler
Oxunma sayı: 3636

13 apreldə oğlu Karanı dünyaya gətirən məşhur aktrisa Fahriye Evcen xəstəxanadan evə buraxılıb. “Qafqazinfo” xəbər verir ki, o, çıxış zamanı KİV nümayəndələrinin suallarını cavablandırıb. Fahriyenin yanında aktyor həyat yoldaşı Burak Özçivit də olub. 

Evcenin boynundakı “Karan” yazılı aksessuar diqqətdən yayınmayıb.  Aktrisa  qeyd edib ki, zinət əşyasını Burak ona hədiyyə edib. 

“Oğlumun səhhəti qaydasındadır. Mən də yaxşıyam. Bütün bu proseslər gözəl keçdi. Burak da yanımdaydı”- deyə Evcen açıqlamasında bildirib. 

Karanın üzünü gizlədən cütlük oğullarının ilk şəkli üçün 2 milyon TL dəyərində reklam təklifi alması xəbərini də təkzib edib.