V Asiya Oyunlarının açılışı olub - Video

v-asiya-oyunlarinin-acilisi-olub
Oxunma sayı: 1362

Asiya və Okeaniyadan 64 ölkənin iştirak etdiyi V Asiya Oyunlarının açılış mərasimi keçirilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, mərasim 45 min tamaşaçı tutumu olan Aşqabad Olimpiya Stadionunda baş tutub.

Açılışda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və Asiya Olimpiya Komitəsinin sədri Şeyx Əhməd Əl Fahad Əl Sabah çıxış edib.

Daha sonra idmançıların keçidi baş tutub və mərasim şou-proqramla yekunlaşıb.