“V-Class” sizin həyat sürətinizə uyğunlaşacaq

“V-Class” sizin həyat sürətinizə uyğunlaşacaq
Oxunma sayı: 1208

“AvtoKapital Azərbaycan” Mercedes-Benz avtomobilləri üzrə Daimler AG-nin Baş nümayəndəliyi öz müştərilərinə yeni “V-Class”ın bütün üstünlükləri ilə xoş atmosferdə tanış olmaq imkanı verib.

Gözəl yay havası, sahilyanı Bilgah Beach Hotel restoranı və dəbdəbəli Mercedes-Benz “V-Class” miniveni – bütün bunlar ötən şənbə axşamı hər kəsə müsbət emosiyalar bəxş edən amillər olub.

Çoxları hesab edir ki, həyatda uğur qazanmaq üçün başgicəlləndirən sürətlə hərəkət etmək, mümkün olmayanı da mümkün edib günün hüdudlarını 25 saata qədər genişləndirmək mütləqdir. Həyatı tam olaraq yaşayıb öz sürətini idarə edən kəs isə dəqiq bilir ki, nə zaman tam sürət yığmaq, nə zaman sürəti azaltmaq, nə zaman isə dayanıb, ətrafı seyr etmək, düşünüb düzgün qərar vermək üçün özünə vaxt ayırmaq lazımdır

“V-Class” sizin həyat sürətinizə  uyğunlaşacaq. Onunla siz öz sürət amplitudanızı yaşayacaqsınız.

Məhz bu, “V-Class” ruhunda hərəkətdir.

Model yenilənmiş işıq diodlu optika, radiator və bamper üçün qəfəs almışdır, “V-Class”ın kuzovunun rəng qamması və təkər disklərinin variantları genişlənmişdir. Minivenin salonunda ön panel dəyişmiş, ventilyasıyanın yeni havavuranları, yeni cihaz paneli, multimediya sistemi və multifunksiyalı sükan qoyulmuşdur. Miniven üçün yetərli olan aktiv təhlükəsizlik sistemilərinin siyahısı genişlənmişdir. Müştərilər modelin bir neçə tərtibat vaiantını seçə bilər (Avantgarde, Exclusive, AMG Line).

Sifariş üçün Azərbaycanda Mercedes-Benz rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

Autostar Kaukasus Теl: +994 12 496 50 50 / +99412 976

Abşeron Avtomobil Mərkəzi Теl: + 994 12 347 78 00








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi