Vaçlav Havel dəfn olunur

vaclav-havel-defn-olunur
Oxunma sayı: 648

Ötən bazar günü 75 yaşında vəfat edən Vaçlav Havelin tabutu bu gün mərasimin keçirildiyi Müqəddəs Vit kilsəsinə gətirilib. Dəfn mərasiminə 50-dək xarici nümayəndə gəlib. Onların arasında Amerika Birləşmiş Ştatlarının eks-prezidenti Bill Klinton, onun xanımı - ABŞ-ın dövlət katibi Hillari Klinton, Böyük Britaniyanın baş naziri Devid Kəmron və başqaları var.

Qeyd edək ki, yazıçı və insan haqları müdafiəçisi olan Vaçlav Havel Çexoslovakiyanın sonuncu, Çexiyanın isə ilk prezidenti olub. O, təkcə vətənində deyil, xaricdə də böyük nüfuza malik idi. Vaçlav Havelin vəsiyyətinə əsasən, onun məzar daşında heç bir titul yazılmayacaq və yalnız adı, soyadı, doğum və ölüm tarixləri göstəriləcək.

anspress