Vahabzadənin ev-muzeyinin açılışı olacaq

vahabzadenin-ev-muzeyinin-acilisi-olacaq
Oxunma sayı: 1690

Avqustun 31-də Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin təntənəli açılış mərasimi keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın prezidenti İlham Əliyev 27 oktyabr 2015-ci il tarixdə “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” sərəncam imzalayıb.

Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən ədibin anadan olduğu Şəki şəhəri Ə.Haqverdiyev küçəsi, 73 ünvanında Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılıb.

2017-2018-ci illərdə muzeydə təmir, bərpa və bədii tərtibat işləri aparılıb.