Vahid Ələkbərov ən qənaətcil milyarderlər - Siyahısında

vahid-elekberov-en-qenaetcil-milyarderler-siyahisinda
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, Rusiyanın on ən ehtiyatlı milyarderlərinin toplam vəsaitləri 53 milyard olub. Bu isə onların ümumi büdcələrinin yarısını təşkil edir.

Jurnal milyarderlərin portfel investisiyalarını araşdırıb və likvid aktivlərinin ehtiyatına görə, “Alfa-qrup” şirkətinin səhmdarı Mixail Fridman siyahıda birinci yeri tutub. O, 16,5 milyard dollarlıq ümumi sərvətlə yanaşı 8,2 milyardlıq sərbəst vəsaitə sahibdir. İkinci yerdə “Oneksim”in sahibi Mixail Proxorovdur. Onun sərbəst vəsaiti 8,1 milyard dollar kimi dəyərləndirilir.

Ən qənaətcil milyarderlərin ilk beşliyinə “Monako” futbol klubunun sahibi Dmitri Rıbolovev (7,4 mld.), Viktor Vekselber (6,1 mld) və “Alfa qrup”un şəriki German Xan (5,2 mld.) daxildir.

İlk onluğa daxil olanlar arasında “Lukoyl”un ən iri səhmdarlarından olan Vahid Ələkbərov da var. 14,8 milyard dollara sahib olan milyarderin 2 milyonluq sərbəst vəsaiti var.

Qeyd edək ki, portfel investisiyalarının həyata keçirilməsinin əsas səbəbi kapitalı elə bir ölkədə elə qiymətli kağızlara yerləşdirməkdir ki, o yol verilə bilən risq səviyyəsində maksimum gəlir gətirə bilsin.