Vahid Ələkbərovun 10 illik strategiyası

vahid-elekberovun-10-illik-strategiyasi
Oxunma sayı: 1029

“Yaxın gələcəkdə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi gözlənilmir”. 

“Qafqazinfo” "Marja"ya istinadən xəbər verir ki, bunu "Lukoyl"un prezidenti Vahid Ələkbərov deyib. "Financial Time"s qəzetinə müsahibə verən milyarer bildirib ki, "Lukoyl"un uzunmüddətli strategiyası, sanksiyaların ən azı yaxın on ildə qüvvədə qalacağı nəzərə alınaraq hazırlanıb.  "Bizim növbəti 10 il üçün strateji plan ondan ibarətdir ki, sanksiyalar da bu müddətdə davam edəcək. Mən hesab etmirəm ki, sanksiyalar yaxın illərdə ləğv olunacaq. Bu, uzun və olduqca mürəkkəb bir proses olacaq”.