Vahid Ələkbərovun şirkəti birinci oldu

vahid-elekberovun-sirketi-birinci-oldu
Oxunma sayı: 1786

“Forbes” Rusiyanın iri şirkətlərinin reytinq cədvəlini hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıdakı şirkətlər illik gəlirinə və əməkdaşlarının sayına görə sıralanıb. İlk yeri Rusiyada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərovun “LUKoyl” şirkəti tutub. Ötən il şirkət 8,036 trilyon rubl qazanıb. İşçilərinin sayı isə 102 min nəfərdən çoxdur.

İkinci yerdə 1,867 trilyon rubl gəlirlə “Surqutneftqaz” qərarlaşıb.

Üçüncü yeri isə 1,533 trilyon rubl gəlirlə " Retail Group” tutub.

Dördüncü yer 1,237 trilyon rubl gəlirlə “Maqnit”indir.

Top-5-I “Tatneft” tamamlayır.

Siyahının ilk 10-luğunu “Novatek”, Evraz, NLMK, “Noril nikeli” və “Meqapolis” tamamlayır.