“Vahid Mustafayev çoxdandır maşın sürmür” - Açıqlama

vahid-mustafayev-coxdandir-masin-surmur
Oxunma sayı: 5346

ANS-in prezidenti Vahid Mustafayevin idarə etdiyi 10 AS 660 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” markalı avtomobil ilə işıqforun qırmızı işığında keçməsi ilə bağlı xəbər yayılıb. Bildirilir ki, bununla da o, 60 manat 3 ballıq xətaya yol verib.

“Qafqazinfo”ya açıqlama verən ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov xəbəri təkzib edib. O, Mustafayevin çoxdandır avtomobil idarə etmədiyini bildirib:

“Həmin xəbərdə yayılan yeganə doğru məlumat odur ki, Azərbaycana ilk dəfə “Gelandewagen”i gətirən Vahid Mustafayev olub. Vahid müəllim çoxdandır avtomobil idarə etmir, bu vəzifəni sürücülər həyata keçirir. İkincisi, qarajımızdan aldığımız məlumata görə, adıçəkilən nəqliyyat vasitəsi həmin vaxt qarajda olub.

Məlumdur ki, Vahid Mustafayev nüfuzlu, maraqlı şəxsdir, onun barəsində yayılan hər hansı xəbər dərhal reytinq gətirir. Qeyd edim ki, bu yalan məlumat təxribat məqsədi ilə yayılıb, lakin təxribat etmək istəyənlər bilsinlər ki, növbəti cəhdləri də baş tutmayıb. Dövlət Yol Polisindən məlumat ala bilərsiniz. Həmin avtomobilin heç bir cəriməsi yoxdur. Digər tərəfdən, hüquq-mühafizə orqanları belə qondarma məlumatları yayan şəxslər və hər hansı qurumlarla bağlı ciddi ölçü götürməlidir. Biz müharibə şəraitində yaşayırıq. Bu hərəkətlər hansı məqsədi güdür?”