Vakant yerlərlə bağlı müsabiqə başlayır

vakant-yerlerle-bagli-musabiqe-baslayir
Oxunma sayı: 1382

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 25 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (89 vəzifə) və B (605 vəzifə) növünə aid olan 694 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2019-cu il 7 mart tarixinə qədər davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər.

Əlavə məlumatı bu linkdən ala bilərsiz.