“Valensiya” parlaq qələbə ilə yarımfinalda - Video

valensiya-parlaq-qelebe-ile-yarimfinalda
Oxunma sayı: 1482

Avropa Liqasında sonuncu yarımfinalçı da müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, İspaniyanın iki təmsilçisinin duelində sevinən tərəf “Valensiya” olub.

İlk matçda “Vilyareal”ı 3:1 hesabı ilə məğlub edərək turun taleyini böyük ölçüdə həll edən “Valensiya”, cavab matçında da 2:0 hesablı qələbə qazanıb. Bununla da ümumi hesabda rəqibinə 5:1 hesabı ilə qalib gələn “Yarasalar” yarımfinala yüksəlib.

Qeyd edək ki, “Valensiya”nın növbəti rəqibi “Arsenal” olacaq.

“Valensiya” (İspaniya) - “Vilyareal” (İspaniya) - 2:0

Qol: Latorre, 13 Parexo, 54

İlk oyun - 3:1