Valentina Matviyenko Azərbaycan prezidentini təbrik edib

valentina-matviyenko-azerbaycan-prezidentini-tebrik-edib
Oxunma sayı: 1068

Rusiya Federal Məclisi Federasiya Şurasının sədriValentina Matviyenko İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 
“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:
 
“Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası adından və şəxsən öz adımdan təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizin fəaliyyətiniz bundan sonra da ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına, beynəlxalq birlikdə layiqincə təmsil olunmasına, dövlətlərimiz arasında qarşılıqlı hörmətə və mehriban qonşuluq münasibətlərinə əsaslanan əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

Ümidvarıq ki, Rusiya ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq, o cümlədən parlamentlər səviyyəsində əlaqələr dost ölkələrimizin və xalqlarımızın mənafeyi və rifahı naminə uğurla davam edəcək və genişlənəcək.

Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifənizdə Sizə səmimi qəlbdən səmərəli və məhsuldar fəaliyyət, möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzulayıram”.