Valeriyə oxumaq qadağan olundu

valeriye-oxumaq-qadagan-olundu
Oxunma sayı: 3192

Rusiyanın xalq artisti Valeri Leontyev Soçidə keçirilən “Yeni Dalğa” festivalına qatılmayıb. “Qafqazinfo” xəbər verir ki, müğənni həmkarı İrina Alleqrovanın yaradıcılıq gecəsində iştirak edə bilməyib. 

Məlum olub ki, sənətçinin oteldə halı pisləşib və xəstəxanaya aparılıb. 

Festival təşkilatçıları Valerinin pnevmoniyaya (ağciyər iltihabı) yoluxduğunu bildiriblər. 

69 yaşlı müğənni isə açıqlamasında həkimlərin ona oxumağı qadağa qoyduğunu qeyd edib.