Valideynlər bu xəbəri mütləq oxusun

valideynler-bu-xeberi-mutleq-oxusun
Oxunma sayı: 633

Məlumata görə, “Uşaqlar üçün mallarda toksik metallar” adlı layihə çərçivəsində mütəxəssislər müxtəlif oyuncaqlarda 6 zəhərli elementi yoxlayıblar. Onların arasında qurğuşun, civə, kadmium, antimoni, arsen və xrom tapılıb. Ekspertlər sınaqlarda Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində zəhərli maddələr zəminində təyin edilmiş yüksək standartlardan istifadə olunub. Nəticələr göstərib ki, yoxlanılan malların 71%-i sağlamlıq üçün təhlükəli olduğu müəyyənləşib.

“Məlum oldu ki, yoxladığımız oyuncaqlarda yüksək səviyyədə zəhərli maddələr var. Məsələn, Çeburaşka, at oyuncağı üçün ip, uşaq kosmetikası bunlar arasındadır. Çeburaşkada qurğuşunun miqdarı 648 milliqram təşkil edib. Bu isə normadan təxminən 20 dəfə yüksək göstərici deməkdir”,- deyə O. Speranskaya bildirib.

Qızlar üçün nəzərdə tutulan dodaq boyasında isə civənin miqdarı həddsiz dərəcədə yüksək çıxıb. Ekspertlər deyir ki, bütün bunlar əslində narahat olmağa böyük zəmin yaradır. Yoxlanılmaq üçün nəzərdə tutulan oyuncaqların 18-də 3% civə, 45-də 8% arsen, 75-də isə antimon aşkar edilib.