Valideynlər universitet rəhbərliyi ilə görüşdü

valideynler-universitet-rehberliyi-ile-gorusdu
Oxunma sayı: 1361

Bu gün Bakı Avrasiya Universitetinin böyük akt zalında qış imtahan sessiyasının yekunları və nəticələri ilə bağlı valideynlərin iştirakı ilə geniş içlas keçirilib.

Universitetddən “Qafqazinfo”ya daxil olan xəbərə ggörə, iclasda tədris işləri üzrə prorektor Nigar Hüseynova çıxış edib, valideynləri dəvətlərini qəbul edib universitetə gəldikləri üçün universitet rəhbərliyi adından təşəkkür edib.

Daha sonra fakültə dekanları tələbələrin 2017-2018-ci il qış sessiyasının nəticələri ilə bağlı valideynlərə məlumat veriblər və valideynləri narahat edən bir çox suallar cavablandırıblar.