“Valideynlər uşaqlarını rus bölməsinə “moda” xətrinə qoyurlar” - Ekspert

valideynler-usaqlarini-rus-bolmesine-moda-xetrine-qoyurlar
Oxunma sayı: 3336

“Özü, valideynləri rus dilində bilməyənlər “moda” və ya guya “yüksək səviyyə” xətrinə rus bölməsini seçirlər”.

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

O,  Təhsil Nazirliyi və Bakı şəhər Təhsil İdarəsinə təklif edib ki, 1-ci sinifə şagirdlərin qəbulu zamanı rus bölməsini seçənləri yoxlayıb ondan sonra onları qeydiyyatdan keçməyə buraxsınlar:

“İbtidai sinifdə rus bölməsində təhsil alan şagirdlər yuxarı siniflərdə Azərbaycan bölməsinə keçirər. Çünki proqram çətinləşir və valideyn ev tapşırığı və digər məsələlərdə uşağa kömək edə bilmir. Əsas da bilik və bacarıqları fərqli olan şagirdlər eyni sinifdə oxuyanda ortaya bərbad bir mənzərə çıxır. Kimsə rus dilində səlist, sərbəst bilir, kimsə ilk dəfə rus dili ilə tanış olur. Məktəb xarici dil öyrədir, daha xarici dili ana dili kimi öyrətmir. İnanıram ki, aidiyyəti qurumlar nəzərə alacaqlar”, - deyə K. Əsədov söyləyib.