Valideynləri ilə Dubaya gedən yeniyetmələrin vizası pulsuz oldu

valideynleri-ile-dubaya-geden-yeniyetmelerin-vizasi-pulsuz-oldu
Oxunma sayı: 1699

Dubay Miqrasiya Xidməti yeni qərar qəbul edib.

“Qafqazinfo” “Turizmplus.az”a istinadən xəbər verir ki, yeni qaydalara əsasən iyulun 15-dən sentyabrın 15-dək Dubaya valideyinləri ilə birgə səyahət edən 18 yaşdan aşağı uşaqlara viza ödənişsizdir.

Pulsuz viza almağın bəzi şərtləri mövcuddur:

- 18 yaşından kiçik uşaqlar turist vizası ilə BƏƏ-yə gələn valideynlərindən ən azı biri ilə olmalıdır;
- Valideyin mütləq qaydada öz vizasını almalı, soyadlar başqadırsa doğum haqqında şəhadətnamənin tərcümə və təsdiqini təqdim etməlidir;
- Qayda bütün dünya vətəndaşlarına aiddir;
- Bu sənəd vizasız rejim və ya hava limanında viza almaq mənası daşımır;
- Xarici pasportun bitmə tarixinə mütləq 6 aydan çox qalmalıdır;
- Sərnişinlərin aktiv və təsdiq olunmuş gediş-dönüş aviabiletləri göstərilməlidir.