Valideynlərini öldürən şəxs qocalar evinə hücum etdi - 2 ölü

valideynlerini-olduren-sexs-qocalar-evine-hucum-etdi
Oxunma sayı: 1240

ABŞ-da 59 yaşlı şəxs qocalar evinə hücum edib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, silahlı şəxs Pensilvaniya ştatının Uest-Çester şəhərində yerləşən qocalar evini atəşə tutub. Nəticədə iki nəfər dünyasını dəyişib. 

Məlumata görə, əraziyə təcili yardım və polis gəldikdən sonra silahlı şəxs qaçıb. 

Polisin ilkin məlumatına görə, hadisəni Bryus Roqal törədib. Bundan başqa, Roqal 80 yaşlı valideynlərini qətlə yetirməkdə və həyat yoldaşını öldürməyə cəhddə ittiham edilir. 

Aysel Kərimova