Van Damm Çeçenistanda

van-damm-cecenistanda
Oxunma sayı: 631

O, jurnalistlərə açıqlamasında etiraf edib ki, oktyabrda Çeçenistana etdiyi səfər onda böyük təəssürat oyadıb. Bir ay əvvəl o “Qroznı Siti” bina kompleksinin açılışında iştirak etmək üçün Çeçenistan paytaxtında olmuşdu.

“Onda mən özüm üçün çox maraqlı şeylər öyrəndim. Məndə Çeçenistana yenidən səfər etmək və onun görməli yerləri ilə tanış olmaq arzusu yarandı. Qərara gəldim ki, Ramzan Kadırovla şam edim”, - aktyor bildirib.

Günün ikinci yarısında Jan Klod Van Damm və Ramzan Kadırov çeçen folkloru əsasında teatrlaşdırılmış “Mənəvi dəyərlər” tamaşasını izəyiblər. Nümayişin əsasını çeçen xalqının adət və ənənələrinin göstərilməsi təşkil edib.

Axşam Ramzan Kadırov qonağın şərəfinə şam yeməyi verib. Masada milli mətbəxin təamları olub.