Van Persi xilaskar oldu

van-persi-xilaskar-oldu
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, “Mançester Siti” öz meydanında “Maneçester Yunayted”i qəbul edib.Olduqca gərgin keçən qarşılaşmanın taleyini oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Robin Van Persi həll edib.Belə ki, qırmızı şeytanlar Runinin vurduğu iki qolla öndə olublar və ilk hissə bu hesabla başa çatıb. Lakin ikinci hissədə şəhərlilər Yaya Ture və Zabaletanın vurduğu qollarla hesabı bərabərləşdiriblər.90+2 də isə Robin Van Persi oyunda son nöqtəni qoyub və komandasına vacib 3 xal qazandırıb.Bu qələbə ilə “Mançester Yunayted” öz yaxın izləyicisi “Mançester Siti” ni 6 xal qabaqlayıb.

İqbal