Van Qal yenidən “Ayaks”da

van-qal-yeniden-ayaksda
Oxunma sayı: 691

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hollandiyalı mütəxəssislə bütün şərtlərdə razılığa gəlinib. Ancaq 60 yaşlı Van Qalın “Bavariya” ilə rəsmi sözləşmə müddəti bitmədiyindən, o, yeni işinə 2012-ci ilin iyulunda başlayacaq.

Qeyd edək ki, Lui Van Qal 1991-1997-ci illərdə “Ayaks”ı çalışdırıb və komanda ilə 3 dəfə Hollandiya çempionluğunu və Hollandiya Superkubokunu, 1 dəfə Hollandiya kubokunu, UEFA kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.

Ceyhun Əhmədov