“Vana paltar yardımı” aksiyası keçirilir

vana-paltar-yardimi-aksiyasi-kecirilir
Oxunma sayı: 664

“Gələcək” ictimai birliyi “VANa Paltar Yardımı” adlı aksiya çərçivəsində hər kəsi bu xeyirxahlıq zəncirinə qoşulmağa dəvət edir. Aksiyada əsasən geyim, dərman və maddi vəsait yardımı tələb olunur. 28 oktyabr – 4 noyabr tarixləri arasında keçirilən aksiyada iştirak etmək istəyənlər Xarici Dillər universiteti və ya http://www.facebook.com/event.php?eid=258754144171417 unvanına müraciət edə bilərlər.

Xatırladaq ki, oktyabrın 23-də Türkiyənin Van şəhərində baş vermiş 7.2 bal gücündə zəlzələdə 600-ə yaxın adam ölüb, 4 000-dən çox yaralanan var.