Vaqif “Barselona” və “Real”ı nümunə çəkdi - “Hər şey mümkündür”

vaqif-barselona-ve-reali-numune-cekdi
Oxunma sayı: 984

“Keşlə”nin futbolçusu Vaqif Cavadov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində  "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri ev matçından jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Bu gün hər iki komanda yaxşı mübarizə apardı. Biz isə yaxşı oyun göstərdik. Öz komandamı təbrik edirəm. Futbolçularımızın hamısı bu qarşılaşmaya yaxşı hazırlaşmışdı. Çempionatda vəziyyətimiz pisdi. Ona görə də əsas ümidimiz kubokadı. Hər bir futbolçu da 90 dəqiqədə bunu sübut elədi. Amma nəzərə almalıyıq ki, mübarizə hələ bitməyib, cavab qarşılaşması da var. Çempionlar Liqasındakı son oyunlara nəzər yetirin. "Barselona" və "Real" kimi komandalara qarşı geridönüş etmək mümkündü. Bu futboldu, hər şey ola bilər. İkinci oyuna da ciddi hazırlaşmalıyıq. Bu gün qələbə qazanmağımız yaxşı haldı. Amma çox sevinmirik. Cavab matçına köklənməliyik. Bu oyun da vacibdi. Yaxşı nəticə olsa, sevinəcəyik.

- Sanki komanda 0:0 hesabına da razı idi...

- Mərhələnin taleyi 2 oyundan asılıdı. Meydana qələbə üçün çıxmışdıq. Səfərdə qolsuz heç-heçə də pis nəticə olmazdı. Səfərdə qol vurmağımız üstünlük hesab olunacaq. Hər iki matça ciddi yanaşmalıyıq. Sumqayıta da qələbə üçün gedirik.

- Finalda hansı komandanı rəqib kimi görmək istəyirsiniz?

- Hələ bu haqda düşünmürük. Bütün komandalar güclüdü. Əsas oyunumuz Sumqayıtda olacaq.

- Komanda yoldaşın Ebrima Sohna meydana çıxanda hamı düşünür ki, "Keşlə" 10 nəfərlə oynayır...

- Yox. Niyə ki? Bu fikirlə razı deyiləm. O, yaxşı futbolçu olduğunu məşqlərdə də sübut edir. Mərkəzi saxlayan odu. 

- Bu həftəsonu yenə "Sumqayıt"la oynayacaqsınız. Baş məşqçi heyətdə dəyişikliklər edəcək?

- Onu indi desəm, yalan olar. Bu, baş məşqçinin işidi. Turnir cədvəlində də irəliləmək istəyirik. Amma əsas hədəfimiz kubokdu.

- Bu hesab sizi finala çıxarırımı?

- Əlbəttə, üstünlüyümüz var. Ancaq yenə də qeyd etmək istəyirəm ki, "Real"la  "Barselona"nın ÇL-dəki oyunları sübut etdi ki. arxayınlaşmaq olmaz. Biz də bunu dərk edirik. Elə səviyyədə futbolçuların matçında belə hal baş verirsə, bizdə də hər şey ola bilər.