Vaqif Bayatlı yenə əməliyyat olunacaq

Vaqif Bayatlı yenə əməliyyat olunacaq
Oxunma sayı: 20

Şair Vaqif Bayatlı Odərin səhhəti yenidən Türkiyə tibbinə həvalə olunacaq.

“Qafqazinfo” xəbər verir ki, şairin həyat yoldaşı Tamam Bayatlı Teleqraf.com-a  bildirib ki, bir neçə ay öncə Vaqif Bayatlı beyin əməliyyatı keçirib:

“Həkimiylə danışdıq bu günlərdə, nəzarət baxışı üçün bu ayın sonu yenidən Türkiyəyə gedəcəyik. Səhhəti imkan verərsə, ürək əməliyyatı olunmalıdır bu dəfə”. 

“Bəs hal-hazırda şairin vəziyyəti necədir”? -  sualına isə Tamam Bayatlı belə cavab verib: “Hal-hazırda psixoloji olaraq özünü əməliyyata hazırlayır. Məndən başqa heç kimlə ünsiyyətə girmir. Həddindən artıq həssas olub bu aralar”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi