Vaqif Cavadov Hollandiyaya qayıtdı

vaqif-cavadov-hollandiyaya-qayitdi
Oxunma sayı: 762

Təkcə "Qəbələ" bir ara onu heyətinə qatmağa çalışırdı ki, sonda bu baş vermədi. Halbuki ötən yay yarımmüdafiəçini "Bakı" ilə yanaşı, bir çox komandalar "Tvente"dən qoparmağa can atırdı. "Zolaqlılar"la icarə anlaşmasının müddəti bitəndən sonra Cavadov müqaviləylə məxsus olduğu "Tvente"yə qayıtmalıydı. Hərçənd Enshede təmsilçisində də qeyri-müəyyənlikdi. Belə ki, mövsüm başa çatandan sonra komandanın baş məşqçisi Mişel Prüdomm istefa verib.
Vaqifin Hollandiyaya gedib-getmədiyini öyrənmək üçün əvvəlcə özünə zəng vurduq. Lakin o, zənglərimizə cavab vermədi. Belədə futbolçunun atası Füzuli Cavadovla əlaqə saxladıq. Füzuli bəy oğlunun Hollandiyaya sabah yollanacağını bildirdi: "Vaqifin klubu "Tvente"di. Ora da qayıtmalıdı. İyunun 12-də yola düşəcək. Hansı komanda istəsə, onunla maraqlana və klubuna müraciət edə bilər".

Mənbə: "Futbol+" qəzeti